192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Yaşa görə pensiyaçıların sayı azalıb
2018-12-10 16:22:34

Pensiya yaşının artırılması, həmçinin güzəştli pensiya hüququ verən şərtlərin məhdudlaşdırılması istiqamətində qanunvericilikdə edilən dəyişikliklər artıq öz nəticəsini verib.

Bu barədə “Facebook” sosial şəbəkəsindəki profilində iqtisadçı Rövşən Ağayev yazıb.

O qeyd edib ki, yaşa görə Azərbaycanda  pensiya alanların ümumi sayı 1990-2000-ci illərdə 19 faiz, 2000-2010-cu illərdə 16 faiz artmışdısa, 2010-2018-ci ilərdə 9.3 faiz azalıb.

Onun sözlərinə görə, hazırda inkişaf etmiş ölkələrdə əhalinin orta hesabla 20 faizi dövlətdən yaşa görə pensiya alır.

İqtisadçının fikrincə, əsas təhlükəli məqam odur ki, kölgə iqtisadiyyatının böyük olması hesabına 1 nəfər pensiyaçının hesabına ən yaxşı halda 1 nəfər rəsmi işləyən şəxs pensiya fonduna sığorta ödəyir, inkişaf etmiş ölkələrdə bu göstərici 3-4 nəfər təşkil edir.

Azərbaycanda pensiya yaşı 2017-ci ildə artırılıb. “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər nəticəsində qadınların və kişilərin pensiya yaşı 65-ə çatdırıldı.

Prosesin mərhələli getməsi üçün pensiya yaşı kişilər üçün 2021-ci ilədək, qadınlar üçünsə 2027-ci ilədək hər il 6 ay artırılacaq.

Bundan əvvəl pensiya yaşının artırılması ilə bağlı qərar 2009-cu ildə qəbul edilib. Qərara görə, kişilərin pensiya yaşı 2010-12-ci illərdə 62-dən - 63-ə, qadınların yaşı isə 57-dən - 60-a yüksəldildi.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev modern.az-a açıqlamasında deyib ki, bütün ölkələrdə pensiya yaşı artırılır, azaldılmır. 

“Avropa ölkələrində artıq 67-69-a qaldırılıb”.

O bildirib ki, normalda pensiya müddəti 12 il olmalıdır.

“Azərbaycanda qadınların həyat dövrü 78 yaşdır. Onlar 65 yaşda pensiyaya çıxdıqda 13 il pensiya ala bilirlər. Bu, normaldır. Bunu azaltmağa və ya artırmağa ehtiyac yoxdur. Pensiya məbləğinin artımı isə onunla bağlıdır ki, bu gün işləyənlər daha çox pul versinlər ki, onların pensiyası arta bilsin. Bu gün yığdığımız pul nəyə kifayət edirsə, hamısı pensiyaya yönləndirilir. Əgər işləyənlər 26 faiz yox, 50 faiz versə, pensiyalar iki dəfə artacaq”.