192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Hesablama Palatası Azərbaycan Xarici İşlər Nazirliyində nöqsanlar aşkarladı
2018-12-10 17:10:00

 Hesablama Palatası Xarici İşlər Nazirliyinin fəaliyyətini yoxlayaraq nöqsanlar aşkarlayıb. Məlum olub ki, Azərbaycanın diplomatik nümayəndəlik və konsulluqları üzrə istifadə edilməyən vəsait qalıqları tələb olunan müddətdə dövlət büdcəsinə tam və vaxtında qaytarılmayıb.

Report” bu barədə 1 yanvar 2016-cı il tarixindən 1 fevral 2018-ci il tarixinədək olan dövrdə Xarici İşlər Nazirliyinə dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsi, dövlət rüsumlarının hesablanması, dövlət büdcəsinə köçürülməsi və büdcədənkənar vəsaitlərin icrası ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə Hesablama Palatasının təsdiqlədiyi hesabata istinadən xəbər verir.

Auditlə ümumilikdə 59 252,7 min manat vəsait əhatə olunub, xarici ölkələrdəki səfirlik, konsulluq və başqa diplomatik nümayəndəliklərinin təqdim etdiyi illik maliyyə hesabatlarının təhlili aparılıb.

Auditlə əhatə olunan illərdə nazirliyin iki əməkdaşına əməyin ödənişi aparılarkən vergi güzəşti düzgün tətbiq edilməyib, məzuniyyətə çıxarkən bəzi əməkdaşların ümumi aylıq gəlirindən gəlir vergisi az tutulub, dövlət qulluqçularına ixtisas dərəcəsi və stajına görə əlavələrin hesablanılmasında nöqsanlara yol verilib, iki halda ezamiyyə xərci düzgün tətbiq edilməyib, yanacaq sərfi norması avtomobillərin texniki göstəricilərinə uyğun müəyyən edilməyib.

Dövlət rüsumlarının dövlət büdcəsinə köçürülməsi üzrə 2016-cı il ərzində bank xidmətləri xərcləri dövlət rüsumlarının tərkibindən tutulub, dövlət rüsumlarının tutulması haqqında hesabatlarda dövlət büdcəsinə hesablanmış dövlət rüsumlarının məbləği az göstərilib, iki səfirlik üzrə dövlət büdcəsinə köçürülməmiş dövlət rüsumu üzrə borc məbləği qalıb, bəzi hallarda dövlət rüsumları dövlət büdcəsinə gecikmə ilə köçürülüb.