192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Cari hakimiyyətinin siyasi iradəsi demokratik seçkilər keçirmə imkanı verdi: AŞPA müşahidəçi qrupu
2018-12-11 10:23:07

Avropa Şurası Parlament Assambleyasının müşahidəçi nümayəndə heyətinin sədri Aleksandr Paçier hesab edir ki, 2018-ci ilin dinc məxməri inqilabı və cari hakimiyyətinin siyasi iradəsi demokratik seçkilər keçirmə imkanı verdi.

Jurnalistlərlə görüşdə Paçier qeyd edib ki, AŞPA 1995-ci ildən etibarən Ermənistanda keçirilən seçkiləri müşahidə edir.

"Mürəkkəb seçki sisteminə və sosial media müdaxilələrinə, həll olunmamış seçki sisteminə və digər hadisələrə baxmayaraq, Ermənistanda keçirilən seçkilər uğurlu idi. Əlbəttə ki, Ermənistanda seçilmiş nümayəndələr ölkədə demokratik proseslərin gücləndirməsi üçün islahatlar aparmalıdırlar", - Paçier deyib.

Onun sözlərinə görə, AŞPA və Venesiya Komissiyası Ermənistanla sıx əməkdaşlığını davam etdirməyi ümid edir və seçkilərlə bağlı yekun hesabat yanvar ayında Strasburqda keçiriləcək sessiyada təqdim olunacaq.