192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Paşinyan: KTMT üzvü olan Ermənistan NATO üzvü olmağa can atmır
2018-12-11 12:16:56

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür və NATO-ya üzv olmağa can atmır, lakin ittifaqla əlaqələrini saxlayacaqdır. TASS agentliyi yazır ki, bu haqda dekabrın 10-də xarici jurnalistlərlə görüş zamanı ER Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan deyib.

“NATO ilə münasibətlərimiz var, təşkilat çərçivəsində Əfqanıstanda, Kosovoda və s. yerlərdə sülhməramlı missiyalarda iştirak edirik, bu əməkdaşlıq davam edəcək, lakin Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür və NATO-ya üzv olmağa can atmır”, - deyə Paşinyan vurğulayıb.

O həmçinin qeyd etdi ki, Ermənistan həm Rusiya, həm də Aİ ilə əməkdaşlıq münasibətlərini saxlayır, ancaq heç birinin təsiri altında olmayacaq.