192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Kamal Öksüz konqresmenlərin Bakı səfərinin SOCAR tərəfindən maliyyələşdirildiyini gizlətdiyini etiraf edib
2018-12-11 14:07:53

Turanın məlumatına görə, Azərbaycan hakimiyyətinin ABŞ-dakı lobbiçisi sayılan, Azərbaycan hökumətinin vəsaiti hesabına amerikalı konqresmenlərin səfərinin təşkilində ittiham olunan Kamal Öksüz bazar ertəsi özünü müqəssir saydığını etiraf edib. 

O bildirib ki, səfərin Azərbaycan Dövlət Neft Şirkəti- SOCAR tərəfindən maliyyələşdirilməsi faktının gizlədilməsi sxeminin iştirakçısı olub. Turan-ın Vaşinqton müxbirinin məlumatına görə, bu barədə ABŞ Ədliyyə Nazirliyi bildirib.

48 yaşlı K.Öksüz bundan öncə ABŞ Nümayəndələr Palatasının Etika Komitəsinin konqresmenlərin səfərinin mənşəyinə dair sorğusu ilə bağlı yalan söyləyərək həmin vəsaitin xarici mənşəli olmadığını demişdi.

Sonradan K.Öksüz ABŞ-ı tərk edərək Ermənistanda gizlənmişdi. Avqust ayında həbs olunaraq ABŞ-a ekstradisiya edilib.

K.Öksüzün barəsində hökm 2019-cu il fevralın 11-də ABŞ Kolumbiya dairəsində çıxarılacaq. Bu barədə ABŞ Ədliyyə Nazirliyinin məlumatında deyilir.

"Verilən ifadələrə görə, Oksüz günahını etiraf edib O, konqresmenlərin Azərbaycana səfərilə bağlı ABŞ Konqresinin Etika Komitəsinə verdiyi əvvəlki ifadələrində yalan söyləyib. Əsasən Öksüz yalan məlumat verərək bildirib ki, onun "Amerika və Avrasiya Türk Şurası" qeyri-kommersiya təşkilatı konqresmenlərin səfərinin təşkili üçün xarici maliyyələşmə almayıb.

Öksüz etiraf edib ki, Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) səfərin maliyyələşdirilməsi üçün pulların alınması sxemini təşkil edib, sonra maliyyələşmənin gerçək mənbəyini gizlədib. Bununla da ABŞ Konqresi Nümayəndələr Palatasının qaydalarını pozub", - Ədliyyə Nazirliyinin bəyanatında deyilir.

İş üzrə təhqiqatı FTB aparıb. Hələlik onu hansı cəzanın gözlədiyi məlum deyil.