192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Açıq hökumət Azərbaycan üçün qapalı qaldı
2018-12-11 15:23:49

Açıq Hökümət Tərəfdaşlığının (OGP) Rəhbər komitəsi dekabrın 5-də Vaşinqtonda keçirilən iclasında Azərbaycanın bu təşkilatda qeyri-aktiv statusunu saxlayıb. Məlumatı Turan agentliyi yayıb.

OGP-nin məlumatında deyilir ki, son vaxtlar Azərbaycan hökuməti tərəfindən atılan bəzi addımlar, məsələn, QHT-lərin qeydiyyatı üçün yeni elekron xidmət platformasının "vahid pəncərə"nin yaradılması müsbət haldır. Lakin Standartlar və meyarlar üzrə alt komitənin hələ 2015-ci ildə hakimiyyət qarşısında qaldırdığı və vətəndaş cəmiyyətinin problemlərini əks etdirən əsas məsələlər həll olunmamış qalır.

Belə ki, son 12 ayda Azərbaycan hökuməti sistematik dəyişikliklər və ya islahatlar həyata keçirməyib.

Vətəndaş cəmiyyəti nümayəndələri qeyd edirlər ki, onların fəaliyyəti üçün ciddi problemlər hələ də qalır. Bu problemlərin arasında QHT-lərin qeydiyyatı və maliyyələşdirilməsi var.

"Bu səbəbdən Rəhbər komitə aşağıdakı addımlar atılan qədər Azərbaycanın dayandırılmış statusunun uzadılmasını qərara alıb:

I. 2019-cu il martın 1-dək QGP- nin iştirakçılıq və birgə əməkdaşlıq standarlarının minimum tələblərinə cavab verən Yol Xəritəsi hazırlanmalıdır. Yol xəritəsində OGP Forumu üzvlərinin və prosesə cəlb edilmiş digər maraq qruplarının əsas görüşlərinin vaxtı daxil edilməli, Yol Xəritəsi dərc olunmalı və müəyyən edilmiş son müddətədək OGP-nin həmsədrlərinə təqdim olunmalıdır;

II. 2019-cu ilin iyunun 1-dək Azərbaycan OGP prosesinə liderlik etmək üçün nazir və ondan yuxarı səviyyədə nümayəndə təyin etməlidir;

III. 2019-cu ilin iyunun 1-dək Azərbaycan vətəndaş OGP Forumu və onun xaricində fəaliyyət göstərən maraq qruplarının iştirakı ilə əhatəli bir proses vasitəsilə OGP-nin fəaliyyət planının hazırlanmasına başlamalı və yenilənmiş təkliflərə vətəndaş cəmiyyətinə olan məhdudiyyətləri həll etmək üçün islahatlar daxil etməlidir.

IV. 2019-cu ilin dekabr ayının 31-dək Azərbaycan OGP üzrə yekunlaşdırılmış Milli Fəaliyyət Planını başa çatdırmalı, təsdiq etməli və OGP katibliyinə təqdim etməlidir.

V. 2012-ci il avqust ayının 31-dək OGP fəaliyyət planının icrası başa çatdrıılmalıdır. Bu planın yerinə yetirilməsi müstəqil icmal mexanizmi vasitəsilə qiymətləndiriləcək. Azərbaycan hökuməti 2017-ci ilin sentyabrında irəli sürülmüş tövsiyələrə əməl olunmasına dair sübutları təqdim edənə qədər Azərbaycanın statusunun dayandırılması davam edəcək.

OGP meyar və standartlarına əməl olunduqdan sonra Azərbaycanın aktiv statusu qaytarılacaq.

Hələlik Azərbaycan Rəhbər komitəyə seçkilərdə səs vermək hüququna malik olmayacaq və təşkilatın tədbirlərində müşahidəçi kimi iştirak edə bilər, - təşkilatın məlumatında deyilir.

* 2016-cı il mayın 4-də Açıq Hökumət Tərəfdaşlığı Rəhbər komitəsinin iclasında Azərbaycan qurumun tamhüquqlu iştirakçısı statusundan "təşəbbüsün qeyri-aktiv üzvü" statusuna, yəni müşahidəşi ölkə, endirilib.

2017-ci ilin iyununda Açıq Hökumət Tərəfdaşlığında Azərbaycanın qeyri-aktiv statusunun daha bir il uzadılması qərara alınıb, çünki ölkədə QHT-lərin normal işi üçün maneələr aradan qaldırılmayıb.

**"Açıq hökumət" (Open Government Partnership, OGP) 2011-ci il sentyabrın 20-də təsis edilmiş beynəlxalq təşkilatdır. Qurumun məqsədi açıq hökumət ideallarının təsdiq etməkdir: inzibati peşəkarlığın, açıq vətəndaş nəzarətinin inkişafıdır. Təşkilatın yaradılmasında səkkiz dövlət iştirak edib: ABŞ, Böyük Britaniya, Braziliya, Norveç, İndoneziya, Meksika, Filippin, CAR. 2016-cı ilin yanvarında təşkilat özündə 69 ölkəni birləşdirib.