192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Cəlilabadda 46 manat borca görə məktəbin qazı kəsilib
2018-12-11 17:59:42

Cəlilabad rayonunda şəhər mərkəzinə ən yaxın kəndlərdən olan Fərzili kəndi uzun illər məktəb problemindən əziyyət çəkib. Nəhayət bu il tədris ilinin başlanğıcında kənddə yeni  modul tipli məktəb istifadəyə verilib. Bu barədə "Azadliq.info" saytı məlumat verir.

Məktəb bütün lazımı avadanlıq və müasir komunal sistemlərlə təchiz olunub. Lakin soyuqlar düşəndən məktəblilər yenidən problemlə üzləşiblər. Kənd sakinlərinin bildirdiyinə görə məktəbin  isitmə sistemi qaz verilməməsi  ucbatından dayanıb. Məktəbin 46 manat qaz pulu borcuna görə Cəlilabad Qaz İstismar İdarəsinin əməkdaşları məktəbin qaz xəttini kəsib. Bildirilib ki, borc ödənildikdən sonra qaz verilişi bərpa olunacaq. Məktəbin direktoru Fuad Bəhramov kənd sakinlərinə bildirib ki, köçürməni Rayon Təhsil Şöbəsi ödəməlidir.

Məsələ ilə bağlı Cəlilabad Rayon Təhsil Şöbəsindən və Cəlilabad Rayon Qaz İstismarı İdarəsindən məlumat əldə etmək cəhdlərimiz alınmayıb.