192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Azərbaycan rəhbərliyi Tbilisidə keçirilən "Şərq Tərəfdaşlığı" Forumuna məhəl qoymur
2018-12-11 17:18:08

Dekabrın 10-12-də Tbilisidə "Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun X Assambleyası keçirilir. Bu tədbir altı "Şərq Tərəfdaşlığı" ölkəsinin və Aİ-nin vətəndaş cəmiyyəti təşkilatlarını birləşdirir. O, 2009-cu ildən etibarən hər il keçirilir.

"Contact.az"-a əsasən, oktyabr-noyabr aylarında Azərbaycanın rəsmi qurumları Azərbaycanın hakimiyyət nümayəndələrini Tbilisidəki forumda iştiraka dəvət etməyən Assambleya təşkilatçılarının tənqidi kampaniyasını həyata keçirirdilər. Xüsusən, noyabrın 25-də "Şərq Tərəfdaşlığı" Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platformasının üzvləri Azərbaycan KİV-lərində "Şərq Tərəfdaşlığı" Vətəndaş Cəmiyyəti Forumunun X illik Assambleyasının qətnamə layihəsinin genişmiqyaslı müzakirəsini apararaq, layihədə Qarabağ probleminə toxunulmamasının yolverilməz olduğunu bildiriblər.

Noyabrın 22-də XİN bildirib ki, "Azərbaycanın Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumuna dəvət edilməməsi haqqında məlumat araşdırılır". Amma növbəti gün Aİ-nin Bakıdakı Nümayəndə Heyətinin sədr müavini Denis Daniilidis bildirib ki, "bütün Şərq Tərəfdaşlığı ölkələrinin, o cümlədən Azərbaycanın hökumət nümayəndələri görüşə dəvət edilib".

Münaqişə bitmiş kimi görünürdü, ölkənin rəsmi nümayəndələri Tbilisi forumunda iştirak edə bilərdilər. Amma bu gün forumun iştirakçısı, iqtisad professoru Qubad İbadoğlu bildirib ki, Azərbaycan hakimiyyətinin nümayəndələri tədbirdə iştirak etmir. "Azərbaycan hakimiyyəti bu dəfə də bu qədər mühüm tədbirdən fayda əldə etmədi. İkinci ildir ki, Azərbaycan XİN dəvət alır, amma Vətəndaş Cəmiyyəti Forumlarında iştirak etmir. Ermənistan XİN-i isə burada xarici işlər naziri və baş nazir vəzifələrini yerinə yetirən şəxsin müşaviri təmsil edir. Forumda Gürcüstanın baş naziri iştirak edir, parlament spikeri açılış mərasimində çıxış edib. Belarus hakimiyyətinin nümayəndələri də burada təmsil olunur", deyə Q.İbadoğlu əlavə edib.

Tbilisi forumunda Azərbaycanı müxalif və bitərəf ictimai xadimlərdən ibarət geniş nümayəndə heyəti təmsil edir.