192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Azərbaycanda polis və şəhid ailələri arasında insident yaşandığı deyilir
2018-12-12 11:24:39

Azərbaycanda şəhid ailələrinin bir qrup üzvü dekabrın 11-də Prezident Administrasiyası önündə toplaşmaq istəsə də, polis buna imkan verməyib.

Buna cavab olaraq, aksiya iştirakçıları "Şəhidlərin haqqı yeyilməz" şüarları səsləndiriblər.

Hadisə iştirakçılarının bildirdiyinə görə, bu dəfə polis əməkdaşları onlarla zorakı davranıb: "Biz nə istəyirik ki, qanun veriblər, icra edilməsini istəyirik, müraciət etmişik, dəfələrlə gəlib burda toplaşmışıq. Qəbul ediblər, yazmışıq, cavab versinlər, ya da birdəfəlik 20 yanvardakı kimi qırsınlar, bitsin bu iş".

Şəhid ailələri üzvlərinin bildirdiynə görə, aksiya zamanı ərazidəki polis əməkdaşları ilə şəhid ailələrinin üzvləri arasında insident yaşanıb.

Bildirildiyinə görə, şəhid ailələrinin üzvləri qaba rəftara məruz qalıblar, bir nəfərin səhhətində problemlər yaranıb, təcili tibbi yardım çağırılıb.

Hadisə yerindən bildirildiyinə görə, aksiya iştirakçılarından bir nəfəri mülki geyimli şəxslər saxlayıb, naməlum istiqamətə aparıblar.

Şəhid ailəsinin üzvü Sevinc Quluzadənin sözlərinə görə, saxlanılan şəxs Toğrul Qocayevdir: "Biz Prezident Administrasiyasının ön tərəfində gedirdik. Yaxınlıqdakı maşından iki nəfər mülki geyimli düşdü, Toğrulun iki qoluna girib maşına otuzdurdular. Heç bir şey demədən sürüb, apardılar", deyə S.Quluzadə bildirib.

S.Quluzadə deyir ki, T.Qocayevlə bağlı məlumat ala bilmirlər.