192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Z. Mnatsakanyan: Dağlıq Qarabağ münaqişəsi kompromislə həll edilməlidir
2018-12-12 12:49:20

Dağlıq Qarabağ münaqişəsi kompromis əsasında həll edilməlidir. Bunu ER Xİ naziri vəzifəsini icra edən Zohrab Mnatsakanyan Ermənistanda keçirilmiş növbədənkənar parlament seçkiləri münasibətilə Yerevanda olan türk jurnalistlərlə görüşdə bildirib. O əlavə edib ki, may ayından bəri Ermənistan aktiv şəkildə münaqişənin nizamlanma prosesinə cəlb olundu. Mnatsakanyan xatırlatdı ki, müzakirələr ATƏT-in MQ həmsədr ölkələri və Azərbaycanla keçirilir.

“Məcburiyyət və birtərəfli müdaxilə ilə bu məsələdə uğura nail ola bilməyəcəyik. Müzakirələrdə və bizim işlərimizdə dinamizm qeyd olunur. Münaqişə sülh yolu ilə həll olunmalıdır. Ölkələrin gərginliyi azaltma istiqamətində səylərin aparılması da vacibdir. Nifrət mühitinin azaltması da çox əhəmiyyətlidir. Ermənistan üçün Dağlıq Qarabağın təhlükəsizliyi və statusu prioritetdir”,-deyə Mnatsakanyan qeyd etdi.