192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
“Buta Palace”ın art direktoru narkotik qəbul edərək həyat yoldaşını binanın 5-ci mərtəbəsindən aşağı atıb
2018-12-12 15:50:59

Bakıda dəhşətli cinayət hadisəsi baş verib. “Buta Palace”ın art direktoru  narkotik qəbul edərək həyat yoldaşını binanın 5-ci mərtəbəsindən aşağı atıb. Bu barədə Sputnik.az saytı məlumat verir.

Nəsimi Rayon Polis İdarəsindən verilən məlumata görə, cinayət Nəsimi rayonunun 381-ci kvartalında, Taxveli ailəsinin yaşadığı mənzildə törədilib. Nəticədə 1988-ci il təvəllüdlü Taxveli Adelya Azər qızı ölüb.

Kişi törətdiyi cinayət əməlinə görə, hüquq-mühafizə orqanlarından gizlənməyə cəhd göstərməyib. Polisin hadisə yerinə gəlməsini sakitcə gözləyib. İlkin dindirilmə zamanı o, qətli törətdiyini etiraf edib.

O da məlum olub ki, Taxveli qətli törədən zaman narkotik vasitələrin təsiri altında olub. Özü də etiraf edib ki, marixuana qəbul edib və ekspertiza bu faktı təsdiqləyib.

Artıq ilkin araşdırma öz nəticəsini verib. R.Taxveli etiraf edib ki, gecə saat 3-də həyat yoldaşı ilə birlikdə münasibətlərinə aydınlıq gətirmək üçün eyvana çıxıblar. Bu zaman uşaqları evdə yatırmış. Cütlük onları oyatmamaq və narahat etməmək üçün söhbət etmək məqsədilə balkona çıxmağı uyğun bilib.

Qeyd edək ki, onların birgə nikahdan iki uşaqları var. Onların böyük uşağı olan 10 yaşlı qızları psixi çatışmazlıqdan əziyyət çəkir.