192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Bakıda yeddinci sinifdə oxuyan qızı məktəbə qoymurlar
2018-12-12 17:50:40

Bakıda, Qala qəsəbəsində yeddinci sinifdə oxuyan qızın məktəbə getməsinə icazə verilmir.

Oxu.Az-ın məlumatına görə, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Belə ki, məlumata görə, qızın təhsil almasına atası və nənəsi mane olur. Bildirilir ki, qızı məktəbdən çıxarıb ərə verəcəklər.

Məsələ barədə hüquq-mühafizə orqanlarına müraciət edilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır.

Azərbaycanda bu ilk dəfə deyildir. 

Xatıradaq ki,  Space  telekanalının efirində yayımlanan “El bizim, sirr bizim” verilişinə dəvət olunmuş Mirismayıl Xələfli etiraf edib ki,  7-ci sinifdə oxuyan qızla evlənib. Verilişin digər qonaqlarında hiddəti doğurub və onlar Mirismayıl Xələflini pedofiliyada ittiham ediblər. Sonra da sosial şəbəkələrdə bu mövzuyla bağlı  qalmaqal qaldırıldı.