192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Ermənistan Bakıda QDİƏT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək
2018-12-13 11:37:02

Ermənistan Bakıda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək. Bunu ER XİN mətbuat katibi Anna Nağdalyan bəyan edib.

Yerevanı iclasda Xarici İşlər Nazirliyinin Çoxtərəfli və İkitərəfli İqtisadi Əməkdaşlıq Departamentinin rəisi Aşot Koçaryan təmsil edəcək.

Xatırladaq ki, cari il noyabr ayında Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin 52-ci sessiyası Yerevanda keçirilmişdi. Sessiyada Azərbaycan nümayəndə heyəti də iştirak edirdi.