192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
“Sanki təkbaşına tanqo oynayırıq”: Mnatsakanyan Ermənistan-Türkiyə münasibətləri haqqında
2018-12-13 11:54:59

Ermənistan Türkiyə ilə münasibətləri hər hansı ön şərt irəli sürmədən normallaşdırmağa hazırdır, lakin Türkiyə hökuməti bu prosesə dəstək vermir. Bunu ER xarici işlər naziri vəzifəsini icra edən Zohrab Mnatsakanyan qeyd edib.

Mnatsakanyan türk jurnalistlərin Ermənistan-Türkiyə münasibətlərinə və Artsax məsələsinə dair suallarını cavablandırırkən deyib:

“Düşünürəm ki, biz mövqeyimizi olduqca aydın şəkildə ifadə etmişik. Biz heç bir şərt olmadan münasibətlərimizi normallaşdırmağa hazırıq, lakin mövcud situasiyada Ermənistan təkbaşına tanqo oynayan tərəf kimi görünür”.

Onun sözlərinə görə, Ermənistan-Türkiyə münasibətlərinə ayrı rakursdan baxmaq lazımdır. Bunları digər məsələlərlə bağlamaq cəhdləri ön şərtlərdir və söz bir tərəfin şərtlərindən gedərsə, digər tərəfin də şərtləri olacaqdır.