192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
İnvestisiyaların təşviqi, ordunun inkişafı, yoxsuluğun azaltması: Paşinyan hökumətin edəcəklərini qeyd etdi
2018-12-13 12:18:16

ER Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan hökumətin iclasında parlament seçkilərinin nəticələrinə toxunaraq qeyd etdi ki, vətəndaşlar “Mənim Adımım” blokuna gələcək 5 ildə ölkəni idarəetmək üçün ciddi mandat verdilər.

Baş nazir vəzifəsini icra edən Paşinyan gələcək illərdə hökumətin edəcəklərini qeyd etdi.

“İlk növbədən iqtisadi inqilab kontekstində investisiyaların təşviqidir. Qeyd olunmalıdır ki, Ermənistanda investisiyalar qoyması üçün böyük maraq mövcuddur və gələcək zamanda bu maraq daha da artacaqdır”,-deyə Paşinyan müvafiq vəzifəlilərə potensial investisiyalar üçün bütün şəraitləri yaratmağa təlimat verdi.

“Önəmli olan ikinci şey, hərbi sənaye kompleksinin inkişafıdır və mən bu məsələnin həllini Ermənistanı texnologiya ölkəsi etdirməsi ilə bağlı bizim vizyonumuzda və mühəndislik, texniki ağılın inkişaf etdirilməsində görürəm. Diğər önəmli məsələ isə, Silahlı Qüvvələrinin hazırlığını artdırma məsələsidir. Gələcək 5 ildə Silahlı Qüvvələrinin inkişafına təxminən 2.5 milyard dollar qoya bilməliyik”.

Nikol Paşinyan həmçinin təhsil və səhiyyə sahəsində ciddi islahatların həyata keçirilməsinə, dövlət idarəetmə sisteminin moderləndirilməsinə və səmərəliyin artdırılmasına əhəmiyyət verib.

“Bütün bunların həlli və ya nöqtəsi vətəndaşların sosyal vəziyyətində və onların rifah səviyyəsində əhəmiyyətli dəyişikliklər qeyd etməmiz olacaq”.