192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Senatın komitəsində ABŞ-ın Azərbaycan və Ermənistandakı səfirləri vəzifəsinə namizədlərlə bağlı səsvermə keçiriləcək
2018-12-13 13:46:19

ABŞ Senatının Beynəlxalq Əlaqələr Komitəsində dekabrın 13-də Birləşmiş Ştatların Azərbaycan və Ermənistandakı səfirləri vəzifəsinə namizədlərlə bağlı səsvermə keçiriləcək.

“Report”un xəbərinə görə, məlumatı komitənin rəsmi saytı yayıb.

Senatorlar Örl Litzenberger ABŞ-ın Azərbaycana və Linn Treysinin isə Ermənistana səfiri vəzifəsinə namizədliklərinə münasibət bildirəcəklər.

Beynəlxalq Əlaqələr Komitəsi Ö.Litzenbergerin və L.Treysinin namizədliyini təsdiqləyərsə, son dinləmələr Senatda keçiriləcək.

Qeyd edək ki, Amerika Erməni Milli Komitəsi ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizəd Ö.Litzenbergerlə bağlı səsvermənin təxirə salındığını iddia edirdi.