192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
KTMT baş katibinin təyinatı məsələsi həll olunmayıb, bu məsələ konsensusla həll olunmalıdır: Paşinyanın mətbuat katibi Nazarbayevin bəyanatı haqqında
2018-12-14 10:16:41

Ermənistan baş nazirinin vəzifəsini icra edən Nikol Paşinyanın mətbuat katibi Arman Yeqoyan bəyan edib ki, dekabrın 6-da AİB Ali İqtisadi Şurasının iclasında KTMT baş katibinin təyinatı məsələsi həll olunmayıb.

Bu haqda Arman Yeqoyan Tert.am-ə müsahibədə Qazaxıstan prezidenti N. Nazarbayevin bəyanatına toxunurkən bildirib. Nazarbayevin bəyanatında deyilirdi ki, Sankt-Peterburqda KTMT üzv dövlətləri Belarus prezidenti Aleksandr Lukaşenko tərəfindən təklif olunmuş Stanislav Zasın namizədliyini dəstəkləmə qərarına gəldilər.

“Yenidən təsdiq edirəm ki, dekabrın 6-da AİB Ali İqtisadi Şurasının iclasında KTMT baş katibinin təyinatı məsələsi həll olunmadı və həll oluna bilməzdi, çünki KTMT iclası olmadı”,-deyə Yeqoyan qeyd edib.

“Ermənistanın mövqeyini yenidən təsdiqləyəcəyəm ki, bu məsələ KTMT çərçivəsində keçiriləcək rəsmi görüşdə konsensusla həll olunmalıdır"