Artsax Respublikası XİN-də Nazirliyin yeni rəsmi saytının təqdimatı keçirilib. Tədbirdə Artsaxın vətəndaş cəmiyyətinin və KİV-lərinin nümayəndələri iştirak edirdi.
Artsax Respublikasının XİN-dən verilən məlumata görə, sayt son texnologiyaları ilə yaradıldı və hazırda erməni, rus və ingilis dilləri vardır. Saytda Artsax Respublikası, XİN və xaricdə işləyən Artsaxın daimi nümayəndəliklərinin fəaliyyətləri, həmçinin xarici siyasi prioritetləri, o cümlədən Artsax Respublikasının beynəlxalq tanınması və beynəlxalq əlaqələrin inkişafı barədə məlumatlar vardır. Saytda Azərbaycan-Qarabağ münaqişəsinin nizamlanmasına dair sənədlər də mövcuddur.
Tədbirin ikinci qismində Artsax XİN tərəfindən hazırlanmış “Artsax: tarix və münaqişə” adlı filmin təqdimatı olub. Filmin rusça və ingilizcə varyantları vardır.