192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 9%-ə yaxın azalıb
2018-12-14 14:56:26

2018-ci ilin yanvar-noyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 12 899,4 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,8% az vəsait yönəldilib.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, sərf edilmiş vəsaitin 69,9%-ni bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib. Bu azalma neft sektoruna yatırılmış investisiyaların azalması ilə bağlı olub, qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmi isə 21,2%, o cümlədən qeyri-neft sənayesinə qoyulmuş investisiyalar 22,6% artıb. Ümumi sərmayənin 68,4%-i məhsul istehsalı sahələrinin, 23,5%-i xidmət sahələrinin, 8,1%-i isə ümumi sahəsi 1 844,3 min kvadrat metr olan yaşayış evlərinin tikintisinin payına düşüb. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 63,1%-ini əhatə edib. 

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 50,4%, bank kreditləri 12,6%, büdcə vəsaitləri 27,2%, əhalinin şəxsi vəsaitləri 7,1%, büdcədənkənar fondların vəsaitləri 2%, sair vəsaitlər isə 0,7% təşkil edib.