192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
L. Mnatsankanyanı Artsax Respublikasının Müdafiə Ordusunun komandiri vəzifəsində Karen Abrahamyan əvəz edəcək
2018-12-14 13:46:54

Artsax Respublikasının Prezidenti  bir sıra sərəncamlar  imzalayıb və  kadr məsələləriylə hökumətin qərarları təsdiqləyib. Artsax Respublikasının Prezidentinin  rəsmi saytından məlumat alırıq ki,  Bako Sahakyan  general-leytenant Levon Mnatsakanyanın Artsax Respublikasının  Müdafiə naziri-Müdafiə ordusunun komandiri vəzifəsindən  azad edilməsi barədə  sərəncam imzalayıb.   Prezidnet  Bako Sahakyanın imzaladığı bir digər sərəncamla  general-mayor  Karen Abrahamyan Artsax Respublikasının Müdafiə Ordusunun N 19916 hərbi hissəsinin komandirinin  ilk müavini-qərargahının rəisi vəzifəsindən  azad edilərək  Artsax Respublikasının Müdafiə naziri-Müdafiə  Ordusunun komandiri  təyin olunub.

Prezidentin sərəncamıyla  polkovnik Calal Harutyunyan Artsax Respublikasının Müdafiə Ordusunun N 42009  hərbi hissəsinin komandiri vəzifəsindən azad edilərək, Artsax Respublikasının Müdafiə Ordusunun N 19916 hərbi hissəsinin komandirinin  ilk müavini-qərargahının rəisi təyin olunub.

Prezident tərəfindən təsdiq edilmiş hökumətin qərarıyla  Karen Sargsyan  Artsax Respublikasının Dövlət Təcili Xidmətinin direktor vəzifəsindən azad edilib.  

Prezident tərəfindən təsdiq edilmiş hökumətin qərarıyla   Levon Mnatsakanyan  Artsax Respublikasının Dövlət Təcili Xidmətinin direktoru vəzifəsinə təyin olunub.