192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Azərbaycanda insan alveri və ailə zorakılığı problemi
2018-12-17 12:21:09

Ermənistanın İctimai Radiosunda rus dilində yayımlanan “Azərbaycan bir həftə ərzində” proqramında Azərbaycanda həftə ərzində baş verən ən mühüm və maraqlı hadisələr müzakirə olunur. Proqram aparıcıları Anjela Elibegova və Armine Adibekyandır.

Proqram ərzində Azərbaycanda insan alveri və ailə zorakılığı problemi, qadınların hüquqları və azadlıqları məsələləri müzakirə olundu. Avropa Şurasının insan alverinə qarşı ekspertlər qrupunun (GRETA) hesabatında Azərbaycandakı vəziyyət qiymətləndirilib. Bu sahədə son 4 ildə vəziyyətin bir az yaxşılaşmasına baxmayaraq, Azərbaycanın olduqca ciddi problemləri vardır. Hesabatda qeyd olunur ki, uşaqların müdafiəsi, erkən və məcburi nikahların qarşısının alınması, doğulan körpələrin hamısının qeydiyyatının təmin olunması böyük problemdir və bu problemlər sonunda insan alveri ilə nəticələnir.

Bu çox maraqlı bir mövzudur, çünki Azərbaycanın yalnız kəndlərində deyil, böyük şəhərlərində də indiyədək erkən nikahlar edilir. Yetkinlik yaşına çatmamış qızları evləndirmə tendensi davam edir. Bundan əlavə, bu nikahların qanunla qadağan olunduğundan, onlar kəbinlər, yəni dini evliliklər edirlər və 13-14 yaşlı qızı ərinin ailəsinə verirlər. Əlbəttə, heç kim qızların rəyini soruşmur, lakin mövcud ağır sosyal vəziyyətlərinə görə, ailələr bu yükdən belə qurtulurlar.

Bütün bu olaylar Azərbaycanda yayılan selektiv abortların fonundadır. Azərbaycanda qız uşaqlar azalır və bu disbalans getdikcə derinləşir. Qız uşaqlara qarşı törədilən zoraklıq problemi və onların qayınanası tərəfindən selektiv abortlara məcbur edilməsi olduqca ciddi problemdir. Lakin Azərbaycanda heç kəs bu problemlərlə məşğul olmaq istəmir.

Doğrudur, vitse-prezident Mehriban Əliyeva beynəlxalq nümayəndə heyətləri ilə görüşlərdə bir neçə dəfə bu problemlə məşğul olmağa söz verib, ancaq problem hələ ki, mövcuddur. Bundan başqa, Azərbaycanda digər bir problem də qohumlar arasında edilən nikahlardır.

Və bu çətinlik yalnız mənəvi və etik deyil, həm də sağlamlıq məsələlərindədir. Çünki Azərbaycanda qohum nikahı nəticəsində bir çox qan xəstəlikləri mövcuddur. Bunlara Azərbaycanda artıq çox yayılmış hemofiliya və talassemiya daxildir.

Daşıyıcıların və xəstələrin sayına görə olduqca qorxudan rəqəmlər var, və bu xətəliklərə məruz qalan xəstələrin çox böyük rəqəmləri olan rayonlar var. Bütün bunlar qohum nikahlarının, azərbaycanlı ailələrin və qadınların aktual problemlərinin nəticəsidir.

GRETA qeyd edir ki, qanunvericilik səviyyəsində dövlət, əlbəttə ki, öz işini görür. Yəni, onlar ailədə qadınlara qarşı zorakılığı, erkən nikahları, qohumlar ilə nikahlarını qadağan edən qanunları qəbul edirlər. Buna baxmayaraq, Azərbaycanda həyat və qanun paralel həyatlarda yaşayır.

Burada qeyd etmək lazımdır ki, Azərbaycanda erkən nikahlar, əsasən, imic bazasına əsaslanır.

Azərbaycanda qızlara qarşı şiddət o qədər yayılmışdır ki, valideynlər qızın itaətsiz olduğunu və bununla heç bir edə bilməyəcəyini anlayaraq, onu təcavüzkarla evlənməyə və bəyanat qəbul etməyə razılaşırlar.

Yəni, bir tərəfdən imic məsələsini həll edir, digər tərəfdən tətbiqi gəri çəkərərk qız üçün pul təzminatı alır. Və bu hər kəs üçün uyğundur.

Nəticədə aşağıdakı statistik məlumatlar verilir: natamam cari ildə 135 qadın psixoloji təzyiq nəticəsində artıq intihar edib və 112 insan, o cümlədən 11 kiçik qız, ailənin döyülməsindən həlak olub.