192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
“Cənubi Qafqazın başqa heç bir yerində Azərbaycanda baş verənlərə şahid olmaq mümkün deyil“
2018-12-17 12:54:13

Bir çox beynəlxalq təşkilat, o cümlədən Amnesty International Azərbaycanda insan haqları durumunun yaxşı olmadığını bildirib və ondan çox insanı “vicdan məhbusu” elan edib. Amnesty International Təşkilatının nümayəndəsi Levan Asatiani Amerikanın Səsinə müsahibəsində Azərbaycandakı insan haqları durumu və siyasə məhbus problemindən danışıb.

Levan Asatiani: "Fikrimcə, açıq-aşkardır ki, Azərbaycanda hökümət əleyhinə çıxanlara qarşı siyasi-motivli təqiblər və həbslər mövcuddur. Azərbaycan höküməti tarixən ifadə, assosiasiya və toplaşma azadlığına hücumlar edib. Lakin son vaxtlarda Azərbaycan höküməti demək olar bütün vətəndaş cəmiyyətini susdurub. Onlar bunu insanları siyasi motivli ittihamlarla həbs edərək edib. Onlar həmçinin Azərbaycandakı insan halqarı müdafiəçiləri və vətəndaş cəmiyyəti liderlərini cinayətkar kimi göstərərək, onlara etimadı aradan qaldırıb. Belə ki, insan haqları müdafiəçiləri və QHT liderlərinə çox vaxt insan haqları işi ilə iqtisadi mənfəət üçün məşğul olan oğrular damğası vurulur. Hökümət bu yanaşma ilə ölkədəki insan haqları müdafiəçilərini Azərbaycan cəmiyyətinin gözündən salmağa çalışır.

Azərbaycanda çox sayda siyasi məhbus var. Əslində Azərbaycanda yerli insan haqları müdafiəçiləri siyasi məqsədlə həbs olunmuş insanların siyahısını hazırlayır. Bu siyahı tez-tez yenilənir və siyahıda təxminən 100 nəfərin adı var. Yəni bizim müşahidə etdiyimiz odur ki, insan haqları müdafiəçiləri və siyasi fəalları həbs etmək praktikası “fırlanan qapı” praktikasına əsaslanır, belə ki, Azərbaycan höküməti bəzi insan haqları fəllarını həbs edir, daha sonra isə beynəlxalq təzyiq nəticəsində onları azadlığa buraxır. Lakin bəzilərini azadlığa buraxarkən, başqalarını da həbs edir. Beləcə, Azərbaycan həbsxanalarında hər zaman siyasi məhbuslar olur və vətəndaş cəmiyyətinin əsas liderləri bir müddət də olsa azadlıqdan məhrum edilir.

Adətən Amnesty International ölkələri müqayisə etmir və insan haqları pozuntularına görə onları kateqoriyalara ayırmır. İnsan haqları pozuntuları hər yerdə, Qərbi Avropa və digər inkişaf etmiş ölkələr də daxil olmaqla, hər cür ölkələrdə baş verir. Lakin regiondakı ən çətin vəziyyət Azərbaycandadır, çünki Cənubi Qafqazda başqa heç bir yerdə Azərbaycanda baş verənlərə şahid olmaq mümkün deyil. Orada demək olar bütöv vətəndaş cəmiyyəti hökümətin mütəşəkkil kampaniyası nəticəsində məhv edilib.

Təəssüf ki, Qərb hökümətləri daha çox iş görə bilər, amma görmür. Mən düşünürəm ki, beynəlxalq təşkilatlar Azərbaycandakı vəziyyətlə bağlı daha açıq danışmalıdırlar. Son illərdə Azərbaycanda vətəndaş haqları vəziyyəti pisləşsə də, Avropa Şurası və Avropa Şurasının Parlament Assambleyası kimi təşkilatlar Azərbaycankı insan haqları vəziyyətini nəzərdən keçirib, kəskin tənqid etmək üçün kifayət qədər iş görməyib. Eyni vəziyyəti digər beynəlxalq tərəfdaşlara da aid etmək olar, xüsusilə də Avropa İttifaqına.

Azərbaycanda insan haqları vəziyyətini yaxşılaşdırmaq üçün Azərbaycan höküməti Azərbaycandakı vicdan məhbuslarını dərhal və qeydsiz-şərtsiz azadlığa buraxmalıdır. Onlar arasında elə vəkillər, insan haqları müdafiəçiləri var ki, onların yeganə cinayəti ifadə azadlıqlarından istifadə edərək, höküməti təqdin etmək olub. İlk addım odur ki, hökümət bu məhbuslara əziyyət verməyə son qoymalı və onları dərhal azadlığa buraxmalıdır.

İkinci, Azərbaycanda qanunvericilik strukturunu dəyişmək çox vacibdir. Azərbaycanda, xüsusilə də assosiasiya azadlığı, yəni QHT-lərin və vətəndaş cəmiyyətinin ölkədəki fəaliyyəti ilə bağlı qanunvericilik çox məhdudlaşdırıcıdır. Hökümət bu qanunları dəyişməlidir və QHT-lərin ölkədə azad şəkildə fəaliyyət göstərə bilməsiləri, onların işlərini görmələri üçün ehtiyacları olan maliyyə dəstəyini ala bilmələrini təmin etməlidir.

Üçüncüsü, təqib və hədələrə son qoyulmalıdır, çünki çox vaxt ədliyyə sisteminin arxasında təqiblər və hədələr baş verir, hökümətin yüksək vəzifəli rəsmiləri qeyri-rəsmi şəkildə insan haqları müdafiəçiləri və siyasi fəallarını təqib edirlər, hədələyirlər. Bu da dəsyişməlidir, bunun üçünsə güclü siyasi iradə olmalı və qərarlar verilməlidir".