192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Iranın bir neçə vilayətindən Azərbaycana toyuq əti gətirilməsinə qadağa qoyulub
2018-12-17 17:54:00

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisinə başqa dövlətlərdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədi ilə əhaliyə xəbərdarlıq edib.

“Report”un məlumatına görə, xəbərdarlıqda Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən İranın Tehran, Təbriz, Ərdəbil, Urmiya vilayətlərində ev quşları arasında yüksək patogenli quş qripi xəstəliyinin yayılmasının müəyyən edildiyi bildirilib.

Qeyd olunub ki, bununla əlaqədar İranın Tehran, Təbriz, Ərdəbil, Urmiya vilayətlərindən diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi üçün AQTA tərəfindən İranın adıçəkilən vilayətlərindən gələn və ya həmin ərazidən tranzit keçən nəqliyyat vasitələrinin gömrük keçid məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı Azərbaycanın Dövlət Gömrük Komitəsinə aidiyyatı üzrə müraciət olunub.