192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Armen Sarkisyanın Gürcüstana səfəri: Yerevan Tbilisiyə nə mesaj verdi
2018-12-18 11:55:46

Gürcüstan ilə əməkdaşlıq Ermənistanın yeni  hakimiyyətlərinin xarici siyasətinin prioritetlərindən biridir.  ER Prezidenti Armen Sarkisyanın Tbilisiyə səfərin baş mesajı məhz budur.

Sarkisyan Gürcüstana bazarda səfər edib, Gürcüstanın 5-ci  Prezidenti  Salome Zurabişvili andiçmə mərasimində iştirak edib.

Dekabrın 17-də  Gürcüstanın Baş naziri  Samuka Baxtadzenin  və ER Prezidentinin görüşü baş verib. Andiçmə  mərasimində Ermənistan  belə yüksək səviyyədə iştirak edən yeganə ölkədir.

Gürcüstan məsələləri üzrə  ekspert Coni Melikyan düşünür ki, bu erməni tərəfindən Gürcüstan hakimiyyətlərinə  yönəlmiş  çox vacib mesajdır. Sputnik Armenianın müxbiriylə  söhbətdə o qeyd edib ki,  bu Ermənistanla xarici siyasətdə Gürcüstanla münasibətlərin yerini təqdim edir.

Coni Melikyan  o faktına diqqət yetirib ki,  Sarkisyan-Baxtadze  görüş zamanı  yenə  hökumətlərarası  iqtisadi  komissiyasının  iclasının keçirilməsi məsələsi müzakirə olunub.

Siyasi elmlər doktoru Vaxtang Maisyan öz növbəsində Sarkisyanın səfərini şəhr edərək qeyd edib ki, iki ölkələrin hakimiyyətləri ikitərəfli əlaqələrinə xüsusi əhəmiyyət verir.

“Yerevanın bu jestı (Zurabişvilinin  andiçmə mərasimində  Sarkisyanın mövcudluğu) ikitərəfli əlaqələr üçün vacibdir. O deməkdir ki, Gürcüstan və Ermənistan strateji tərəfdaşlardır”- deyə  Maisyan qeyd edib.