192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Parlamentdə sektor müdirinin dinini dəyişdiyinə görə işdən çıxarıldığı bildirilir
2018-12-18 15:44:54

Milli Məclisin Beynəlxalq münasibətlər şöbəsinin Beynəlxalq parlament təşkilatları ilə iş sektorunun müdiri Rahim Sərhad oğlu Axundovun işdən çıxarıldığı bildirilir.

Adının açıqlanmasını istəməyən mənbənin sözlərinə görə, buna səbəb Rahim Axundovun xristian dinini qəbul etməsidir.

48 yaşlı Rahim Axundovun özü də bu barədə “Facebook” səhifəsində məlumat paylaşıb, ancaq dinini dəyişdirdiyinə görə işdən çıxarılanın özü olduğunu yazmayıb:

“Sual olunur; dini baxışlarına görə Azərbaycan Respublikasının vətəndaşı işdən qovulursa, kimə və ya hansı dövlət orqanına müraciət etməlidir? Belə bir hal baş verdiyi təqdirdə vətəndaş nə etməlidir? Susmalıdır, yoxsa məsələ qaldırmalıdır?”

Rahim Axundov başqa bir paylaşımında yazır:

“Azərbaycan tolerant və multikultural bir ölkədir. Din dövlətdən ayrıdır. Heç bir vətəndaş dini baxışlarına görə təqib edilə bilməz və ya dini baxışlarına görə işdən çıxarıla bilməz”.

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu Meydan TV-yə deyib ki, o, sosial şəbəkələrdə olmadığından yazılanları izləmir.

“Ancaq Rahim Axundovu tanısam da, yazdıqlarından və işdən çıxarılmağından xəbərsizəm”.