Məşhur The Washington Post mətbusunun köşə yazarı Frida Gitis 2018-ci ildə demokratiyaya qayıtmış üç ölkəyə toxunaraq, diqqətəlayiq məqalə dərc edib.
Diqqətəlayiqdir ki, sıraya Ermənistan da daxil olunub. Müəllif qeyd edir ki, dünya üçün 2018-ci ilin fəlakətli olmasına baxmayaraq, demokratiya üçün aparan mübarizədə olduqca gözlənilməz irəliləyiş qeydə alan üç ölkə tapılıb, sübut edərək ki, aktivizmin, liderliyin və şərtlərin uyğun birləşməsi halında tarixin gedişini dəyişdirə bilər.
Getisin fikirincə, qeyd edilmiş ölkələr Ermənistan, Efiopiya və Perudur.
Ermənistan barədə müəllif yazır: Prezident Serj Sarkisyan on il idarə etməkdən sonra Konstitusiyanın deyişməsiylə baş nazir olanda, jurnalistdən fəala çevrilmiş Nikol Paşinyan , xalqın narazlıqlarından istifadə edərək, ölkənin istiqamətini kökündən dəyişdi”.
Bundan sonra müəllif cari ilin aprel-may aylarında fırtınalı siyasi hadisələri, “Məxmar inqilab”, Sarkisyanın istəfası, Paşinyanın baş nazir semçilməsi, eləcə də son zamanlarda keçirilmiş Parlamentin fövqəladə seçkiləri, Paşinyan komandasının inandırıcı qələbəsi və hakimiyyətlər tərəfindən bəyan edilmiş korrupsiyaya qarşı mübarizəni xatırlatır.