192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Rusiyada beş azərbaycanlı 63 nəfərin ölümündə təqsirləndirilir
2018-12-19 15:58:22

Rusiyada saxta “Yemişan” içkisindən zəhərlənərək, həyatını itirən 63 nəfərin ölümündə şübhəli bilinən şəxslərin cinayət işinə Leninsk rayon məhkəməsində baxılır. 

Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, onlar təhlükəsizlik tələblərinə cavab verməyən və insanların ölümünə səbəb olan məhsulun istehsalı və satışı üçün əvvəlcədən bir qrup şəxslə əlbir olma maddəsi ilə ittiham edilir. 

İttiham edilən yeddi nəfərdən beşi Azərbaycan vətəndaşı, ikisi isə İrkutsk vilayətinin sakinidir. 

Xatırladaq ki, hadisə 2016-cı ilin dekabrında İrkutskda baş verib. Saxta “Yemişan” içkisindən ümumilikdə 76 nəfər ölüb.

Bu günə qədər İrkutsk məhkəməsində faktla bağlı dörd cinayət işinə baxılıb və təqsirləndirilən şəxslərlə bağlı həbs qərarları çıxarılıb.