192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Azərbaycan “Şərq tərəfdaşlığı” iştirakçısı olan digər ölkələrdən geri qalır
2018-12-20 11:26:10

Azərbaycan "Şərq tərəfdaşlığı" proqramının digər iştirakçıları kimi könüllü öhdəliklər götürüb. Bu öhdəliklərin ən vacibi, birinci bəndində demokratiya və insan haqları məsələsi durur. Lakin Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığı davam etdirsə də bu sahədə durum o qədər də qənaətbəxş deyil. Bu fikri Avropa İttifaqı "Şərq Tərəfdaşlığı" Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan üzrə koordinatoru Zaur Əkbər Turan agentliyinin "Çətin sual" proqramına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Azərbaycanın hökumət nümayəndələri "Şərq tərəfdaşlığı" proqramının tədbirlərində fəal iştirak etmirlər.

"Biz gecikirik. Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində artıq 4 ölkə ilə assosiativ saziş imzalanıb. Sazişi imzalayan sonuncu ölkə Ermənistan oldu. Azərbaycan ilə də bu sazişin imzalanması gözlənilir. Biz imzalanmanı bu il gözləyirdik. Təəssüflər olsun ki, gecikdi. Görünür, müəyyən məsələlərdə Avropa İttifaqı ilə Azərbaycan razılığa gələ bilmir", - o qeyd edib.

"Ölkədə vətəndaş cəmiyyəti ilə bağlı fundamental problemlər hələ də həll olunmamış qalır. Vətəndaş cəmiyyəti institututları layihələrin həyata keçirilməsində bir çox problemlərlə üzləşir. İndi biz beynəlxalq təşkilatların, xüsusən Vətəndaş Cəmiyyəti Forumunun elan etdiyi layihələrdə iştirak etmək üçün daha çox vətəndaş cəmiyyəti nümayəndələri kimi yox, servis müqavilə imzalamaqla sahibkar kimi iştirak edirik.

Vətəndaş Cəmiyyəti Forumunun Milli Platformasının üzvləri daha çox beynəlxalq təşkilatların tədbirlərində, xüsusilə "Şərq Tərəfdaşlığı" Vətəndaş Cəmiyyəti Forumunun təşkil etdiyi tədbirlərdə xüsusi aktivliklə seçilirlər. Biz insan haqları, demokratiya, ən əsası isə Azərbaycanın ərazi bütövlüyü, Dağlıq Qarabağ məsələsini müzakirə mövzusuna çeviririk.

Milli Platformanın bəzi üzvləri, məsələn, Elçin Abdullayev, Anar Orucov, Leyla Əliyeva, Zöhrab İsmayıl kimi üzvlərinin ölkəyə qayıtmasında hələ də böyük risklər var. Digər üzvlərimiz- Ziya Quliyev, Rəsul Cəfərov, İlqar Hüseynli, Həsən Hüseynli ölkədən xaricə gedib-qayıdanda sərhəd yoxlamalarına məruz qalırlar Hesab edirəm ki, bu, bir növ vətəndaş cəmiyyətinə olan təzyiq formasıdır", - fəal bildirib.