192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
DQ münaqişəsinin həlli məsələsində yeni bir şey yoxdur: Nikol Paşinyan
2018-12-20 11:51:50

Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində yeni bir şey yoxdur. Bu haqda ER baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Dilicanda jurnalistlərlə söhbətində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun bəyanatına toxunurkən bildirib. Xatırladaq ki, Məmmədyarovun sözlərinə görə, Milanda Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında keçirilmiş görüş zamanı DQ münaqişəsinin həlli məsələsində qarşılıqlı anlaşma əldə olunmuşdu.

“Milanda həmsədrlərlə görüşdə Ermənistan və Azərbaycanın xarici işlər nazirləri birgə bəyanatı razılaşıblar və deyiblər ki, uzun zamandır bekə bir bəyanat razılaşmamışdı. Qarabağ məsələsində təzə heç nə yoxdur”,-deyə Paşinyan bildirdi.

ER baş naziri vəzifəsini icra edən Nikol Paşinyan ATƏT-in fəaliyyətində olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşü barədə deyib ki, Kaspşik regiona mütəmadi olaraq gəlir və onun səfərləri işgüzar xarakter daşıyırlar.

“Elə vəziyyətlər olub ki, onun səfərləri açıqlanmayıb, lakin mən administrasiyama təlimat vermişəm ki, bütün əlaqələr haqqında açıqlamalar etsinlər, çünki proses şəffaf olmalıdır”.

Sankt-Peterburq və Vyana razılaşmalarının Ermənistan üçün prioritet olaraq qalıb qalmamasına dair sualına Paşinyan “bütün məsələ oldur ki, Azərbaycan hər şeydən öncə iddia edirdi ki, belə razılaşma yoxdur. Bu gündəmlər isə, rəsmi danışıqlar prosesinin gündəmindədir və bunlar həmsədrlərin iştirak ilə keçirilir. Mən şəxsən danışıqlar prosesində iştirak etməmişəm. Mən iki dəfə İlham Əliyevlə danışmışam. Düşənbədə elə olub ki, razılığa gəlmişdik” cavabını verdi.