192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Aİ Ermənistan AES-də stress testlər üçün 6,5 milyon avro ayıracaq
2018-12-20 12:42:17

Hökumət bu gün ER və Aİ arasında imzalanmış “Ermənistanda nüvə təhlükəsizliyinin təşviqi və stress testi təklifləri haqqında” maliyyələşdirmə sazişin təsdiqi barədə ER Prezidenti sərəncamının layihəsini təsdiq etdi.

Sərəncam layihəsi təsdiq üçün Prezidentə təqdim edildi. Layihənin ümumi dəyəri 6 500 000 avro təşkil edir.

ER və Aİ arasında nüvə təhlükəsizliyi sahəsində energetik əməkdaşlığı 2017-ci il noyabrın 24-də imzalanmış “Ermənistan Respublikası və Avropa İttifaqı arasında Hərtərəfli və Genişlənmiş Tərəfdaşlıq” sazişinin maddələri ilə müəyyən edilir.