192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Bəzilərin biznesi xalqımız üçün ölümcül alətdir, regionda silahlanma yarışlarına son qoyulmalıdır: XİN mətbuat katibi
2018-12-20 13:15:39

Qeyd etməliyik ki, bəzilərin biznesi xalqımız üçün ölümcül alətdir və ER XİN regionda silahlanma yarışlarının aradan qaldırma məsələsini həmişə öz gündəmində saxlayır.

Bu haqda dekabrın 20-də jurnalistlərlə brifinq zamanı ER XİN mətbuat katibi Anna Nağdalyan bildirib.

Onun sözlərinə görə, bu məsələ müxtəlif səviyyələrlə və platformlarda qaldırılır.

“Bizim üçünregionda silahlanma yarışların aradan qaldırılması prinsipial mövqedir, ancaq bizim bəyanatımızı imkanlarımızın az olması ilə qarışmamalıdır. ER Silahlı Qüvvələrinin Ermənistan və Artsax təhlükəsizliyini müdafiə etmək üçün yüksək hazırlığı, qətiyyəti və hərbi-texniki imkanları vardır”.

Belarus prezidenti Aleksandr Lukaşenkonun Rusiya tərəfindən Azərbaycana satılan silahlarla bağlı bəyanatına gələndə isə, Anna Nağdalyan qeyd etdi ki, Belarus prezidentinin bəyanatlarına baş nazir vəzifəsini icra edən Nikol paşinyan və onun mətbuat katibi toxundular.

“XİN tərəfindən əlavə edə bilərəm ki, regionda silahlanma yarışları həmişə də bizim gündəmimizdədir. Bu məsələni XİN rəhbəri də ATƏT-in nazirlər şurası zamanı qaldırıaraq qeyd etmişdir ki, təhdidlərin azaltması məsələsi ATƏT iştirakçı dövlətlərin siyasətində də vacib olmalıdır. Nazir qeyd etdi ki, silah satışı və təhciz etməsi bunun istifadəsinə və istifadə təhdidinə töhfə verir. İştirakçı dövlətlər bu baxımdan öz hərəkətlərini gözdən keçirməlidirlər”.