192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Azərbaycan hakimiyyəti yeni siyasi həbslər dalğasına hazırlaşır?
2018-12-20 14:48:27

Araşdırmaçı müstəqil jurnalist Xədicə İsmayılova deyir ki, onu yenidən həbs edə bilərlər. Onun sözlərinə görə, son iki həftədə ona müxtəlif mənbələrdən belə məlumatlar daxil olub, yaxınları izlənilməyə başlayıb.  Dekabrın 19-da Bakı İnzibati İqtisad Məhkəməsi Xədicə İsmayılovanın Beynəlxalq bankdakı hesabına həbs qoyulması haqda qərar çıxırıb. Xədicə İsmayılova düşünür ki, fəaliyyəti hökumətə sərf etmir, ona görə də yeni həbs planı hazırlanır.

Xədicə İsmayılova 2014-cü ilin dekabrında həbs olunub, 7 il 6 ay azadlıqdan mərhum edilmişdi, amma bir il altı aydan sonra şərti azadlığa buraxılıb. Lakin Xədicə İsmayılova deyir ki, azadlığa çıxandan sonra fəaliyyətini davam etdirib. O “Azərbaycan pulyuyan maşını” adlı silsilə araşdırmaların müəlliflərindəndir. Dekabrın 13-də Avropa Parlamentində bu araşdırma ilə bağlı çıxışı olub.

Azadlıq Radiosu yazır ki, son aylar həm də xaricdə yaşayan azərbaycanlı fəallara və siyasi mühacirlərə qarşı cinayət işinin başlanması, axtarışa verilməsi haqda xəbər var. Dekabrın 18-də parlamentdə millət vəkilləri bu mövzuda da danışıblar.

Millət vəkili Elman Nəsirov deyib: “Biz Avropada uğurlar əldə edirik, Avropa Parlamentində uğurlara imza atırıq. Amma Avropada sığınacaq tapan milli dönüklər Azərbaycan əleyhinə kampaniyalar aparırlar. Azərbaycanın konstitusyon qurluşunun, dövlətçiliyin devrilməsi ilə bağlı bəyanatlar verirlər. Bu artıq cinayət əməlidir. Buna hər birimiz münasibət bildirməliyik”.

Prezident köməkçisi Əli Həsənov da öz Facebook səhifəsində yazıb ki, xaricdə yaşayan və Azərbaycan əleyhinə fəaliyyət göstərənlər qanun qarşısında cavab verməlidilər.

O belələrinə misal kimi Qurban Məmmədov, Elşad Abdullayev, İsa Sadıqov, Azər Kazımzadə, Orduxan Temirxan, Tural Sadıqlı, Məhəmməd Mirzəlinin adlarını çəkib.

Fəallardan biri olan Orduxan Teymurxanın terrora çağırışda ittiham olunaraq axtarışa verildiyi haqda dekbarın 7-də xəbərlər yayılıb.

Politoloq Hikmət Hacızadə hesab edir ki, müxalif fəallar, jurnalistlər, Azərbaycan hökumətinin xaricdə yaşayan tənqiçilərinə qarşı son zamanlar baş verənlər yeni həbs dalğasından xəbər verir.

Son iki ayda təkcə Xədicə İsmayılova deyil, başqa jurnalistlər də onların həbsinə hazırlıq getdiyini bildirirlər. Kriminal qəzetinin baş redaktoru Anar Məmmədov və basta.info saytanın redaktoru Mustafa Hacıbəyli Gəncə hadisələrinə görə istintaqa cəlb olunublar. Onlar dövlət əleyhinə açıq çağırışlar, vəzifə səlahiyyətlərini aşma və vəzifə saxtakarlığı maddələri ilə ittiham olunurlar. Jurnalistlər ittihamları rədd edilər.