192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Fazil Mustafa: Yeni binaların sakinlərinin 70 faizinin mülkiyyət sənədi yoxdur
2018-12-20 15:59:40

Yaşayış və qeyri-yaşayış sahələri Bakı şəhərində dörd kateqoriya bölgüsü ilə qiymətləndirildiyi halda, mənzillərin harada yerləşməsindən asılı olmayaraq binanın idarəçiliyini əlində saxlayan şəxslər və ya qruplar istədiyi kommunal qiyməti müəyyənləşdirir.

Onlar istədiyi məbləğdə qarajlara qiymət qoyur, ödənən vəsait müqabilində keyfiyyətli xidmət də göstərmirlər.

Halbuki bu özbaşınalığın ən böyük zərbəsi vətəndaşlara dəymiş olur.

Oxu.Az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa deyib.

Deputat bildirib ki, şəhər ərazisinin hər kateqoriyası üzrə Tarif Şurası maksimum kommunal xərclərin məbləğini müəyyənləşdirməlidir ki, insanlar əvvəlcədən öz büdcələrinin imkanlarını ölçüb-biçsinlər.

“Qarajları elə baha edirlər ki, insanların almaq imkanı olmur və çox vaxt boş qalır, əvəzində əksəriyyət avtomobilini binanın həyətində saxlayır və insanları hərəkəti məhdudlaşır, istirahət etmə imkanları yox edilir.

Bakıda inşa edilən binaların sakinlərinin 70 faizi mülkiyyət sənədinə sahib deyil, halbuki bütün mədəni ölkələrdə mənzilin pulunu ödədinsə, artıq rəsmi sənədini verməlidirlər.

On illərlə bina təhvil verilməyəcək deyə, vətəndaşın adi alqı-satqı əməliyyatı etməyi mümkün olmur.

Mülkiyyətçilərin hüquqlarını qoruyacaq heç bir mexanizm yoxdur…”-deyə, F.Mustafa sözlərinə əlavə edib.