192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
2018-ci ildə vəzifəsini itirən azərbaycanlı məmurlar
2018-12-20 16:24:00

Azərbaycanda aprelin 11-də keçirilmiş prezident seçkiləri ilə əlaqədar Nazirlər Kabineti buraxılıb. İlham Əliyev prezident seçildikdən sonra Nazirlər Kabinetində köklü dəyişikliklər baş verib.

Belə ki, 22 il baş nazir postunda olan Artur Rasizadəni Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi olmuş Novruz Məmmədov əvəzləyib.

Baş nazirin müavinlərindən Abid Şərifov və Xalq yazıçısı Elçin Əfəndiyev bu dəfə vəzifələrindən kənarda qalıblar. 

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov isə baş nazirin müavini təyin olunub. 

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovu Sahil Babayev, ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovu millət vəkili Muxtar Babayev, kənd təsərrüfatı naziri Heydər Əsədovu isə Azərbaycan Respublikasının prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov əvəzləyib.

İnam Kərimovun yerinə müavini Ülvi Mehdiyev təyinat alıb.

Sabiq təhsil naziri Mikayıl Cabbarov vergilər naziri təyin olunduqdan sonra təhsil naziri vəzifəsi Ceyhun Bayramova tapşırılıb.