192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Bakı Şəhər İcra Hakimiyyəti: Bakının bir sıra uşaq bağçalarına standartlara uyğun olmayan ərzaq verilib
2018-12-20 17:16:00

Bakı Şəhər İcra Hakimiyyətindən alınan məlumata görə, ötən gün Bakıdakı məktəbəqədər təhsil müəssisələrinin ərzaq təminatını həyata keçirən bəzi qurumlar tərəfindən bir sıra uşaq bağçalarına standartlara uyğun olmayan ərzaq verilib. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, məsələ ilə bağlı yerlərdən daxil olan məlumatlara əsasən, dərhal Bakı Şəhər İcra Hakimiyyəti və Məktəbəqədər Təhsil və Uşaq Evləri İdarəsinin əməkdaşları müxtəlif uşaq bağçalarında olub, həmin ərzaqların qida hazırlanmasına verilməsinin qarşısı alınıb, onların tam şəkildə geri qaytarılaraq yerinə keyfiyyətə uyğun ərzaqlarla əvəz olunması təmin edilib.

Eyni zamanda, Bakı şəhərindəki məktəbəqədər təhsil müəssisələrinin ərzaq təminatını həyata keçirən qurumların rəhbərləri şəhər icra hakimiyyətinə dəvət olunaraq onlara məsələ ilə bağlı xəbərdarlıq edilib.