192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Rus çempionu öldürən azərbaycanlı 18 il müddətinə azadlıqdan məhrum edilib
2018-12-20 16:35:14

Xabarovsk əyalət məhkəməsi ağırlıqqaldırma üzrə Dünya və Avropa çempionu Andrey Draçevin ölüm işi üzrə  Anar Allahverənovu təqsirkar bilərək, onu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrum edib.

Axar.az xəbər verir ki, dövlət ittihamçısı Allahverənov üçün 19 il həbs cəzası istəsə də, müttəhimin vəkilləri buna etiraz ediblər.

Məhkəmədə son söz verilən Allahverənov Andrey Draçevin yaxınlarında üzr istəyib. Qismən günahkar olduğunu etiraf edən Allahverənov cinayəti ehtiyatsızlıq səbəbindən törətdiyini bildirib.

Qeyd edək ki, 2017-ci ilin 20 avqustunda Xabarovskda yerləşən kafelərdən birində Andrey Draçevlə Anar Allahverənov arasında dava baş verib. Hadisə nəticəsində aldığı xəsarətlərdən Draçev xəstəxanada dünyasını dəyişib. Anar Allahverənov hadisədən təxminən 1 ay sonra hüquq-mühafizə orqanlarına müraciət edərək təslim olub.