192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Artsax Silahlı Qüvvələri müasir texnikayla təchiz olunacaq, bunun üçün hər şey ediləcək: Bako Sahakyan
2018-12-21 10:15:03

Artsax Respublikasının Prezidenti Bako Sahakyan dekabrın 20-də 2019-cu ilin dövlət büdcəsinə aid Parlamentin iclasında iştirak edib. Öz çıxışında Bako Sahakyan büdcə layihəsinin bəzi istiqamətlərinə xüsusi  diqqət yetirib. AR Prezidentinin İnformasiya üzrə baş idarəsindən bildirilir ki, Prezident öz çıxışında qeyd edib: “Büdcədə ölkəmizin iqtisadi inkişafının əsas prinsipləri əks olunur. Onların komponentləri dinamik və mütənasib inkişaf edən iqtisadiyyat, dövlətlərarası iqtisadi inteqrasiyanın yüksək səviyyəsinin təmin edilməsi və sosial dövlətin ən vacib atributlarının qorunmasıdır. Ordu quruculuğu, təhlükəsizlik, eləcə də vətəndaş müdafiəsi sahələri xüsusi diqqət mərkəzində olmuşdur və olacaq. Bundan sonra da ordu döyüş hazırlığının ardıcıl olaraq artdırılması, Silahlı Qüvvələr müasir texnikayla təchiz edilməsi, vətəndaş müdafiəsi sisteminin gücləndirilməsi və modernləşdirilməsi, hərbi qulluqçuların, veteranların və əlillərin sosial problemlərinin həlli istiqamıtində əlimizdən gələni edəcəyik”- deyə Prezident Sahakyan vurğulayıb. Keçirilmiş müzakirələr nəticəsində Parlament Artsax Respublikasının 2019-cu ilin dövlət büdcəsini qəbul edib. Bako Sahakyanın sözlərincə, 2019-cu ilin dövlət büdcəsinin layihəsiylə ümumi xərclərin artımıyla müqayisədə mütərəqqi artım təmin edərək, iqtisadi inkişafına yönəlmiş büdcə ayırmaların 6.5% ilə əhəmiyyətli artımı nəzərdə tutulur.