192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Dini fəal siyasi motivlərlə təkrar həbs edilib
2018-12-21 11:46:44

Bu gün Xəzər Rayon Məhkəməsində dindar Telman Şirəliyevin işi üzrə proses başa çatlb. 

"Azadlıq.info" saytına əsasən, o 2012-ci il oktyabrın 5-də Təhsil Nazirliyinin binası qarşısında keçirilmiş etiraz aksiyasında iştirak etdikdən sonra 6 il müddətinə azadlıqdan məhrum olunmuşdu.

Lakin həbsdən çıxmasına bir həftə qalmış ona qarşı yeni cinayət işi açılıb. Guya onun yastığının altından biz "tapılıb". Ona qarşı CM-in 317-2.1-ci maddəsi (qadağan olunmuş əşyaların hazırlanması, saxlanması, gəzdirilməsi) ilə ittham irəli sürülüb.

Bu gün məhkəmə T.Şirəliyevi 5 ay 18 gün azadlıqdan məhrum edib.

Hüquq müdafiəçiləri hesab edirlər ki, T.Şirəliyevə qarşı yeni iş onun əfv ərizəsi yazmaqdan imtina etməsilə bağlıdır.

Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaqın koordinatoru Elşən Həsənov bildirib ki, T.Şirəliyev qeyri-obyektiv məhkəmə istintaqının əsasında mühakimə olunub.

Prosesdə onu dövlət hesabına təyin olunmuş vəkil müdafiə edib.

Hüquq müdafiəçisinin sözlərinə görə, T.Şirəliyevin Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı ( ədalətli məhkəmə çəkişməsi hüququ) və 13-cü (effektiv hüquqi müdafiə vasitəsi hüququ) maddələrilə təsbir edilmiş hüquqları pozulub.

"Biz məhkəmənin qərarını ədalətsiz, qərəzli və siyasi motivli hesab edirik. T.Şirəliyev yenidən siyasi məhbuslar siyahısına daxil ediləcək", - E.Həsənov bildirib.