192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Ermənistanda iqtisadi aktivliyi 5.7 faizlə artıb
2018-12-21 11:24:18

ER Statistika komitəsi tərəfindən dərc edilmiş cari-operativ əsas  makroiqtisadi göstəriciərinə əsasən, 2018-ci ilin yanvar-noyabr aylarında  keçmiş ilin eyni vaxtıyla müqayisədə  iqtisadi aktivlik göstəricisi 5.7% ilə artıb. 2017-ci ilin noyabr ayıyla müqayisədə iqtisadi aktivliyin göstəricisi 3.6% təşkil edib.

Statistika komitəsinə əsasən,  sənaye istehsal həcmi bu ilin yanvar-noyabr aylarında 4.1% ilə, 2017-ci ilin noyabr ayıyla müqayisədə 1.1% artıb, keçən ayın müqayisədə isə 7.8% ilə azalıb.

Elektrik enerjisinin  istehsalı sahəsində  artım 2.4%, inşaat sahəsində isə 5.5% təşkil edib.

Ticarət dövriyyəsi həcmləri  bu ilin yanvar-noyabr aylarında  keçmiş ilin eyni müddətiylə müqayəsədə  9.2% ilə artıb. Xidmətlərin həcmi də 18.4 % artıb.

Yanvar-avqust aylarında  keçən  ilin eyni müddətiylə müqayisədə  xarici ticarət dövriyyəsi 19.1 % ilə artıb, o cümlədən, ixrac 9,8%, idxal isə  24,2% ilə artıb.

2018-ci ilin yanvar-noyabr aylarında  orta aylıq nominal əmək haqqı 3.9 % ilə, keçən ilin noyabr ayıyla müqayisədə isə 4.6% ilə artıb.