192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Azərbaycan istiqamətində hərəkətdə olan İran gəmisi qəzaya uğrayıb
2018-12-21 11:31:18

 Xəzər dənizi ilə İrandan Azərbaycan istiqamətində hərəkətdə olan İslam Respublikasına məxsus ticarət gəmisi Astara limanı yaxınlığında gövdəsindən zədə alıb və nəticədə batmağa başlayıb.  HHQ xilasetmə əməliyyatı aparır.

Bu barədə İran ordusunun Hərbi Dəniz Qüvvələrinə (HHQ) istinadən ISNA agentliyi məlumat yayıb. 

"İran ordusunun Hərbi Dəniz Qüvvələrinin xilasetmə və yardım göstərmə komandası Şimal donanmasının dalğıcları ilə birgə hazırda gəminin heyət üzvlərini xilas etmək üçün hadisə yerindədirlər", - deyə agentlik hərbçilərə istinadən bildirir.

ISNA-nın məlumatına görə,  "Narqol" ticarət gəminin gövdəsi bir neçə saat əvvəl deşilib və o, tədricən batmağa başlayıb.