Qırğızıstan Respubikasının prezidenti Sooronbay Jeenbekov Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyana növbədənkənar parlament seçkilərində əldə etdiyi qələbə münasibətilə təbrik məktubu göndərib.
Baş nazir administrasiyasının informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, məktubda deyilir:
“Sizin başçılıq etdiyiniz “Mənim Adımım” ittifaqının qələbəsi münasibətilə Sizi ürəktən təbrik edirəm. Seçkilərin nəticələri xalqın Sizin tərəfinizdən həyata keçirilən islahatlara və müsbət fəaliyyətlərə yüksək etibarını sübut etdi.
Əminəm ki, Qırğızıstan və Ermənistan arasında qarşılıqlı hörmətə əsaslanan münasibətər gələcəkdə də inkişaf edəcəklər.
Sizə möhkəm cansağlığı, uzun ömür, dövlət işində uğurlar, dost erməni xalqına isə sülh və rifah diləyirəm”.