192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Donald Tusk və Jan Klod Yunker Nikol Paşınyana təbrik mesajı göndərib
2018-12-22 11:16:00

Avropa Şurasının sədri Donald Tusk və Avropa Komitəsinin sədri Jan Klod Yunker ER baş nazirinin vəzifəsini icra edən Nikol Paşinyana dekabrın 9-da  keçirilmiş parlament seçkiləri münasibəti ilə birgə təbrik mesajı göndəriblər. Ermənsiatn Respublikasındakı Avropa Birliyinin nümayəndiliyinin facebook səhifəsindən alınan məlumata görə, mesajda xüsusən qeyd edilir.

 

«Zati-aliləri! Möhtərəm cənab Paşinyan  dekabrın 9-da Ermnistanda keçirilmiş parlament seçkilərində Sizin siyasi fraksiyasının qələbəsi münasibətilə Sizi təbrik etmək istəyirik.

Seçkilər fundamental azadlıqlara hörmət şəraitində  keçirilərək, geniş ictimaiyyətin etimadını qazanmışdı. Siz  Ermənistan vətəndaşlarından islahat keçirmək üçün güclü bir mandat aldınız.

Avropa İttifaqı islahat gündəliyinin tətbiqində sizə kömək etməyə hazırdır.

2018 iyulun 1-dən etibarən şərti olaraq tətbiq olunan AB-Ermənistan arasındakı hərtərəfli və genişləndirilmş razılaşma əməkdaşlığımız üçün ciddi bir çərçivə, islahatlar üçün isə iddialı bir mühit yaradır. Müqavilə həmçinin Ermənistanın rifahı üçün vacib olan davamlı sosial-iqtisadi sistemə dəstək verəcəkdir.Ermənistanın bütün vətəndaşlarının xeyrinə, razılaşmanın həyata keçirilməsi üçün birgə işləməyi gğzləyirik.

Daha geniş, regional kontekstdə Ermınistan 2019-cu ildə on illik fəaliyyətini qeyd edən Şərq tərəfdaşlığı  çərçivəsində əməkdaşlığı davam etdirəcəkdir.

Biz regionda sülhün və təhlükəsizliyin qorunması üçün səylərini davam etdirməyi gözləyirik”