192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Azərbaycanda daha bir vəkil lisenziyadan məhrum edilə bilər
2018-12-22 12:09:22

Dekabrın 21-də Vəkillər Kollegiyasının İntizam Komissiyasında vəkil Elçin Sadıqovun barəsində açılmış intizam icraatı müzakirə edilib. Müzakirələrdə vəkil özü də iştirak edib.

Şikayət sentyabrda Baş Prokurorluq tərəfindən verilib. Baş Prokurorluq E.Sadıqovu Yunis Səfərovun (Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyevə sui-qəsddə ittiham olunur) müdafiəsindən kənarlaşdırıb, onu "yalan ifadə"verməsi məqsədilə Y.Səfərova "psixoloji təzyiq" göstərməkdə ittiham edib.

Sonradan işə yeni bir sənəd əlavə edilib. Həmin sənəddə göstərilir ki, guya, Y.Səfərov avqustun 28-də Penitensiar Xidmətə məktub yazıb və bildirib ki, işgəncəyə məruz qalmayıb, vəkilə elə gəlib və o, şikayət verilməsini təklif edib.

E.Sadıqovun sözlərinə görə, vəsatət qaldırıb ki, sözügedən məktubun gönədrilməsini təsdiq edən sübutlar, təcridxanada məktubların qeydiyyatı kitabı, başqa poçt qeydləri, tranzaksiya nömrələri və sair "Azərpoçt"dan alınsın. Bundan əlavə, Y.Səfərov sentyabrın 1-də istintaqa verdiyi ifadəsində işgəncəyə məruz qaldığını bildirib.

Ancaq İntizam Komissiyası E.Sadıqovla bağlı qərar verməyib, bildirib ki, qərar rəy tərtib edildikdən sonra qəbul olunacaq.

Xatırladaq ki, iyulun 3-də əslən Gəncədən olan RF vətəndaşı Yunis Səfərov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı E.Vəliyevi və onun mühafizəçisinin yaralayıb.