192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Xədicə İsmayıl: Bütün bu məhkəmə işi qondarmadır
2018-12-22 14:05:00

“Hakim deyir ki, mən AzadlıqRadiosunun gəlir vergisi ödəməliyəm,” araşdırmaçı jurnalist Xədciə İsmayıl Azərbaycanda məhkəmənin ona qarşı çıxardığı hökmə reaksiya verib. “Halbuki AzadlıqRadiosu gəlirsiz təşkilatdır və vergi ödəməli deyil. Mən AzadlıqRadiosunun maliyyəsinə məsul şəxs deyiləm.”

Dekabrın 21-də 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinin hakimi Məhəmməd Əkbərov araşdırmaçı jurnalist Xədicə İsmayıla qarşı Vergilər Nazirliyinin iddasını təmin edərək jurnalistdən 45,143 manat məbləğdə pul tutulmasına göstəriş verib.

acebook səhifəsində yazdığı reaksiyada Xədicə İsmayıl məhkəmə qərarının “büsbütün qondarma” olduğunu vurğulayıb.

Jurnalist qeyd edib ki, AzadlıqRadiosu bir qurum olaraq Vergilər Nazirliyi ilə məsələ üzərində hüquqi mübarizə aparır və o, hazırda AzadlıqRadiosunda işləmir.

“Mənim AzadlıqRadiosunun heç bir maliyyə sənədində imzam yoxdur,” Xədicə İsmayıl bildirib.

Bundan əlavə, hökumətlər arasında imzalanmış razılığa əsasən AzadlıqRadiosundan gəlir vergisi tutula bilməz, deyə jurnalist qeyd edib․

Bütövlükdə məhəkəmə işinin siyasi motivli olduğunu deyən Xədicə İsmayıl məqsədin elə əvvəldən onu həbs etmək olduğunu yazıb.

“Normal ölkədə təftiş vergi müfəttişlərindən başlamalı idi, ağır cinayətlərə dair məhkəmə prokurorlarından yox.”

Xədicə İsmayıl ona şərti cəza verilməsini qeyri-qanuni hesab etdiyini deyərək, Azərbaycan hökumətinin ona qarşı tətbiq etdiyi səyahət qadağasının ləğvinə çağırıb.

“Mən tam bəraət almalıyam. Ancaq beynəlxalq insan haqları icmasının buna nail olmağa gücü çatmadı.”

Araşdırmaçı jurnalist Avropa İnsan Haqları Məhkəməsinin “nə vaxtsa gələn əsrdə” onun məhkəmə işinə baxacağını qeyd edərək bu müddətdə ona qarşı müxtəlif növ təqiblərin davam edəcəyini güman etdiyini yazıb.