192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Siyasi məhbus kimi tanınan şəxslərə kitab toplama kampaniyası keçirilib
2018-12-24 10:53:19

Dekabrın 22-də Azərbaycanda Siyasi Məhbusların Vahid Siyahısının hazırlanması üzrə İşçi Qrupu siyasi məhbus kimi tanınan şəxslərə dəstək məqsədi ilə kitab toplama kampaniyası keçirib.

Kampaniya çərçivəsində çoxsaylı insanlar, müxalif siyasi liderlər, ictimai xadimlər, ictimai-siyasi fəallar siyasi məhbus sayılan şəxslər üçün kitablar gətirib.

"Artıq yüzlərlə kitab toplanıb. Toplanmış kitablar yaxın günlərdə ailələri vasitəsi ilə siyasi məhbuslara çatdırılacaq", hüquq müdafiəçisi Xədicə İsmayıl Turana bildirib.

Azərbaycanda Siyasi Məhbusların Vahid Siyahısının hazırlanması üzrə İşçi Qrupu 2014-cü ildə təsis edilib.

Bu il sentyabrın 1-də işçi qrupu ölkədə 130 nəfəri siyasi məhbus kimi tanıdığını bildirib

Qrupun yaydığı hesabatda deyilir ki,əldə edilmiş sənədlər, məhkəmə müşahidələri və müsahibələr əsasında İşçi Qrup 128 işdə siyasi motivli həbsin baş verdiyini təsbit edərək, o məhbusları siyasi məhbus kimi tanıyıb.

Məlumatda deyilir ki, 2 nəfərin işi hələ monitorinq altındadır.