192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Nazim Bəydəmirli: Əgər Azərbaycan 15-20 ildir tibbi icbari sığortaya keçə bilmirsə, deməli, səhiyyənin idarəetməsində problemlər var
2018-12-24 11:49:39

Dekabrın 20-də prezident İlham Əliyev Azərbaycanda icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında fərman imzalayıb.

Fərmanda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (bundan sonra – TƏBİB) yaratmaq tapşırılır.

Fərmanın ikinci bəndinə əsasən isə Səhiyyə Nazirliyinin tabeliyindəki dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələri TƏBİB-in tabeliyinə verilir. Amma bəzi müəssisələr istisna təşkil edir.

Sənədə görə, TƏBİB-in saxlanması, fəaliyyətinin təmin edilməsi dövlət büdcəsindən ayırmalar, göstərilən xidmətlərdən əldə edilən daxilolmalar, ianələr, qrantlar və onun nizamnaməsində müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsait hesabına həyata keçirilməlidir.

Bütün bunlar ictimaiyyətdə birmənalı qarşılanmayıb, sosial şəbəkələrdə və mediada geniş müzakirələrə səbəb olub.

İtisadçı-alim  Nazim Bəydəmirli deyir ki, sosial dövlət anlayışı olan ölkələrdə ən vacib məsələlərdən biri səhiyyə sisteminin əlçatan olmasıdır: “Böyük dövlətlərdən biri Amerikada səhiyyə sistemindəki islahatlar hamının diqqətində olur, eyni zamanda, kiçik Gürcüstanda. Sonuncu ölkəni Azərbaycanla müqayisə etsək, orada dövlət büdcəsinin xərclərinin təqribən 50 faizi bir neçə maddə üzrə, sosial müavinət, sosial təminat və səhiyyə sahəsinə ayrılır. Gürcüstanda icbari tibbi sığorta tədbiq olunur. Cərrahi əməliyyatların 10 faizini vətəndaşlar ödəməklə 90 faizini dövlət qarşılayır...”

Vətəndaşa bir sıra müayinə və müalicə güzəştlərindən bəhs edən Nazim Bəydəmirli vurğulayıb ki, Gürcüstanda 2019-cu ilin büdcəsində səhiyyə xərcləri ümumi budcə xərclərində Azərbaycanın eyni göstəricisi ilə müqayisədə daha çox pay tutur.

İqtisadçı-alim iddia edir ki, Azərbaycandakı səhiyyə sisteminə daxil olan bir çox dövlət müəssisələri adlarını dəyişsələr də, sovet idarəçiliyini saxlayırlar: “Belə çıxır ki, dövlət vəsaiti hesabına müasir diaqnostika mərkəzləri, xəstəxanaları inşa edilir, avadanlıqlarla təmin olunduqdan sonra pullu xidmət göstərirlər. Ödənişli xidmətdən toplanan vəsaitlər idarəedənlərin şəxsi mənafeyinə xidmət edir. Ancaq illər boyu səhiyyənin pulsuz olduğu elan olunsa da, əhalinin 95 faizindən çoxu heç bir dövlət xəstəxanasında pulsuz xidmət almayıb. Bundan əlavə dövlət xəstəxanaları vergidən yayınır, üstəlik özəl klinikalara qarşı “qara piar” aparırlar. Deməli, dövlətin səhiyyə siyasəti hədəflərinə çatmayıb. Adi bir misal. Vaxtilə hər hansı kənddəki tibb məntəqəsi çarpayı hesabı ilə maliyyələşirdi. Halbuki, xəstələr olmurdu, nəticədə baş həkimlər ayrılan vəsaiti mınimsəyirdi. Bu mənada bir neçə il əvvəl səhiyyədə islahatların aparılmasına təşəbbüs göstərilsə də, davamı gəlmədi, yerində qaldı. Azərbaycanda islahatlardan söhbət düşəndə, paralel strukturların yaradılması ağıla gəlir. Sonuncu fərmanda da bu məqam görünür”.