192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Fəallar Mirvari Qəhrəmanlıya qarşı təhqir kampaniyasını pisləyib
2018-12-24 12:55:27

"Ədalət naminə həmrəylik" ictimai komitəsi bəyanat yayaraq, son günlər hakimiyyətyönlü KİV-də hüquq müdafiəçisi Mirvari Qəhrəmanlıya qarşı başladılmış təhqir və böhtan kampaniyasını pisləyib.

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı SOCAR-ın ünvanına tənqidə, xüsusən şirkətin neft məhsullarının ekoloji standartlara uyğun olmadığı haqqında ifadələrinə görə təhqir və böhtana məruz qalıb.

Bəyanat müəllifləri qeyd edirlər ki, Qəhrəmanlı məşhur QHT-nin rəhbəri olaraq həmişə insan hüquqlarının, o cümlədən neftçilərin hüquqlarının müdafiəçisi kimi çıxış edib.

O, SOCAR-ın işindəki nöqsanları, korrupsiya, dövlət neft şirkəti tərəfindən ekologiyaya ziyan vurulması faktlarını ifşa edirdi. O, monitorinq və araşdırma nəticələri üzrə hazırladığı hesabatlarla mədən sənayesi sahəsində şəffaflığın təmin edilməsinə və ictimai nəzarətin gücləndirilməsinə töhfə verir.

Bəyanat müəllifləri - vətəndaş cəmiyyəti fəalları Qəhrəmanlıya qarşı hücumları qəti şəkildə qınayır və hüquq müdafiəçisinə və onun rəhbərlik etdiyi təşkilata qarşı təzyiqə son qoyulmasını tələb edirlər.

Bəyanatı Novella Cəfəroğlu, Arzu Abdullayeva, Mehman Əliyev, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Şəhla İsmayıl, Əvəz Zeynallı, Elçin Məmməd, Hilal Məmmədov və Əvəz Həsənov imzalayıblar.