192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
Cahangir Hacıyev indi də milyardları mənimsəməkdə ittiham olunur
2018-12-24 13:42:27

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin keçmiş sədrinə və keçmiş deputat Dünyamin Xəlilova qarşı yeni ittihamlarla bağlı ibtidai istintaq yekunlaşıb.

Turanın xəbərinə görə, bu barədə DİN və Baş Prokurorluğun dünən haqqin.az redaksiyasına daxil olan birgə bəyanatında deyilir.

Bundan əvvəl Hacıyev artıq iqtisadi cinayətlər ittihamı ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.

Bununla belə, digər faktlar üzrə iş ayrıca icraata götürülüb və Cahangir Hacıyev və digər şəxslərə qarşı əlavə ittihamlar irəli sürülüb.

Araşdırma zamanı Hacıyevin göstərişi ilə qanunsuz veksel əməliyyatları həyata keçirildiyi ilə bağlı əsaslı şübhələr yaranıb.

Xüsusən, başqa ölkələrdə qeydiyyatdan keçmiş hüquqi şəxslərlə ümumilikdə 3,4 milyar dollar və 987 milyon avro məbləğində real dəyəri olmayan veksellərin alışı/satışı haqqında müqavilələr bağlanılıb.

Bundan başqa, Hacıyevin göstərişi ilə manat və xarici valyuta ilə ümumi məbləği 900 milyon manat olan pul vəsaitlərinin leqallaşdırılması məqsədilə çoxsaylı kredit müqavilələri bağlanıb. Bu vəsait bankın hesablarından mənimsənmə məqsədilə başqa hesablara köçürülüb.

İstintaq Hacıyevi Xəlilov və daha 20 şəxslə birlikdə 4,7 milyard manatı mənimsəməkdə ittiham edir.

Bundan başqa, istintaqın məlumatına görə, Hacıyev Xəlilovla birlikdə 2011-ci ildən 2014-cü ilə qədərki dövr ərzində Aztorq MMC-nin rəhbəri olarkən dövlət büdcəsinə ümumilikdə 1 milyon 752 min manat məbləğində vergini ödəməyiblər.

Yuxarıda qeyd edilənlərlə əlaqədar Hacıyevə qarşı böyük məbləğdə pulun mənimsənilməsi, cinayətkar yolla əldə edilmiş vəsaitin leqallaşdıırılması, vergi ödənişindən yayınma və s. maddələrlə ittihamlar irəli sürülüb.

Xəlilov və digər 20 şəxs mənimsəmədə ittiham olunur. İş üzrə istintaq yekunlaşıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Xatırladaq ki, Cahangir Hacıyev Londondakı mülkiyyəti offşor şirkətlərin adına sənədləşdirib. Məhkəmədə onun həyat yoldaşı bildirib ki, ümumi dəyəri 28 milyon dollardan çox olan malikanələri və torpağı həyat yoldaşı qazandığı pulla alıb, baxmayaraq ki, onun rəsmi əmək haqqı buna imkan vermir.

2015-ci ildə Hacıyev və tabeliyində olan daha bir neçə şəxs həbs edilib və Beynəlxalq Bankın vəsaitindən 200 mln. dollardan çox məbləği mənimsəmək ittihamı ilə mühakimə edilib. Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilib.

O, məhkəmədə bütün ittihamları təkzib edib və böyük kreditlərin ayrılması haqqında qərarların Maliyyə Nazirliyinin nəzarəti altında olan, dövlətin adından bankın baş səhmdarı kimi çıxış edən Müşahidə Şurası tərəfindən qəbul edilirdi.

Keçmiş deputat Xəlilov başqa bir cinayət işinin fiqurantı idi və bənzər ittihamlarla 13 il həbs cəzası alıb.