192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
ER Prezidenti Boltonun amerikan silahlarını alma təklifi barədə: Sadəcə təklif idi, digər təkliflər də ola bilər
2018-12-24 11:31:42

ER Prezidenti Armen Sarkisyan  WION Hindistan  xəbər kanalının  Global Leadership Series verilişinə müsahibə verib.  Müsahibədə Armen Sarkisyan  neinki Ermənistanda baş vermis Məxməri inqilaba, həm də   Ermənistanı Şərq və Qərb arasında körpü olaraq təsvir edərək  inkişaf edən iqtisadi imkanlarına toxunub.

“Rusiya Ermənistanın  təbii müttəfiqidir, əməkdaşlıq on, hətta yüz il bundan əvvəl  başlanmamışdır: biz   əsrlər boyu yaxşı müttəfiqik. Bizim əlaqələrimiz  sabit olmuşdur və gələcəkdə olacaq”- deyə  qonşu ölkələrlə əməkdaşlıq barədə jurnalistin sualına  cavab verərək Prezident qeyd edib.   ABŞ  Prezidentinin Təhlükəsizlik məsələləri üzrə  məsləhətçisi Con Boltonun Ermənistan səfəri zamanı amerikan silahını  alma təklif barədə, eləcə də  Rusiya ilə əməkdaşlığın  balansı barədə suallara cavab verərək Prezident deyib:” Bu sadəcə təklif idi, digər  təkliflər də ola bilər və bunlar  əvvəlcədən razılaşdırmaq lazımdır. Düşünürəm ki, Ermənistan  Şərqlə Qərb arasında bir körpü  ola biləcək yeganə ölkədir  və aslında belədir, çünki biz Avrasiya İqtisadi Birliyinə üzvik və Rusiya, Belarus, Qazaxıstan və Kirgizistanla yaxşı münasibətlər qururuq”.

Rusiya tərəfindən  həm Ermənistana, həm də Azərbaycana silah satmaq barədə danışarkən, Prezident qeyd edib ki,  hər məsələnin həlli  dialoq vasitəsilə  tapıla bilər. “Bu yalnız bölgəmizə aid məsələ deyildir, mən inanıram ki,  həll həmişə var və bu həll dialoqdur”- deyə Prezident əlavə edib.