192 Kbps
128 Kbps
64 Kbps
48 Kbps
Arm Radio FM 107
Vem Radio FM 91.1
Im Radio FM 103.8
language az
language hy ru en az ge tur
ATƏT nümayəndəsi jurnalist Xədicə İsmayılovaya təzyiqlərə son qoyulmasına çağırıb
2018-12-24 14:28:34

 ATƏT-in KİV azadlığı məsələləri üzrə nümayəndəsi Arlem Dezir araşdırmaçı jurnalist Xədicə İsmayılovanın vergi borcuna görə böyük məbləğdə cərimə ödəməsi barədə məhkəmə qərarından narahatlığını bildirib. "Contact.az" saytına əsasən, bu barədə Dezirin ofisinin yaydığı press-relizdə deyilir. "Xədicə İsmayılovanın dövlət müəssisələri tərəfindən çətinliklərlə üzləşməsinin davam etməsi narahatlıq yaradır. Onlar Xədicə İsmayılovanın jurnalist kimi peşə fəaliyyətinə maneçilik törədirlər. Son illər o, tənqidi reportajlarına görə çoxsaylı təqiblərə və qorxutmalara tab gətirməli olub", - Dezir bildirib.

"Mən bu praktikaya son qoyulmasına çağırıram, çünki bu, ölkədə fikrin ifadə olunması azadlığına xələl gətirir", - o vurğulayıb.

Dekabrın 21-də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi Vergilər Nazirliyinin iddiası əsasında X.İsmayılovanın"Azadlıq" radiosunun yerli bürosunun rəhbəri olduğu müddətdə nəzərdə tutulan vergini ödəmədiyinə görə 23 min avrodan çox cəriməni ödəməsi barədə qərar çıxarıb.

Bundan öncə 2017-ci ilin dekabrında ATƏT nümayəndəsi X.İsmayılovanın bank hesablarının dondurulması ilə bağlı narahatlığını bildirmişdi və hakimiyyəti jurnalistin bütün maliyyə imkanlarına çıxışının və məhdudiyyətsiz səfərlərini bərpa edə bilməsinin təmin olunmasına çağırmışdı.